AdRiver
Günün qoroskopu: təlaş üçün heç bir səbəb yoxdur

Günün qoroskopu: təlaş üçün heç bir səbəb yoxdur

Qoç - Günün ilk yarısından aktiv, enerjili olun. Qarşınıza çıxan bütün maneələri dəf edə bilərsiniz. Mövqeyinizi və istəklərinizi təmasda olduğunuz insanlara çatdırmaq üçün mürəkkəb sxemlər hazırlamayın. İşdə həmkarlar, rəhbərliklə münasibətləri korlamayın. İşgüzar tərəfdaşla yeni layihəyə başlaya bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar ideyalarınızı pis qarşılamayacaqlar. Ən çətin, məşəqqətli işlərin öhdəsindən gələ bilərsiniz. Rəqiblərlə bədxahları üstələmək üçün bütün vasitələrdən istifadə edə bilərsiniz.

Yaxınlarınızla münasibətlərdə yaranan mübahisəli situasiyalardan çıxış yolu tapmaq üçün təmkinli və səbrli olun. Ədaləti bərpa etmək istəyirsinizsə, mümkün qədər alicənab olun.

Buğa - Çətin işlərdən qorxmayın. Ətaləti və süstlüyü unudaraq aktiv çalışın. İkinci dərəcəli işlərə vaxt ayırmayın, bütün diqqəti əsas işə yönəldin. Alış-veriş uğurlu ola bilər. Aldığınız əşyadan razı qalacaqsınız.

Günün ikinci yarısında şəxsi münasibətlərdə sakitliyə, harmoniyaya nail olmağa çalışın. Yaxınlarınız məsləhətlərinizə qulaq asacaqlar. Zərurət yaranarsa, onlar ilk yardım çağırışınıza səs verəcəklər. Axşam saatlarına yaxın işgüzar aktivliyi bir qədər azaldın.

Əkizlər - Ötənlərdə baş vermiş hadisələri yenidən təhlil etməyə çalışın. Belədə sizi narahat edən bir sıra suallara cavab tapa bilərsiniz. Riskli layihələrə qatılmayın. Düşünülməmiş addımlar və ya tələsik qərarlar arzuolunmaz nəticələr verəcək. Yalnız tam əmin olduğunuz situasiyada yeni işə başlayın.

Günün ikinci yarısında hadisələrin məcrasında dəyişikliklərə hazır olun. Sevdiyiniz insanla mübahisə etməyin. Axşam saatlarını birlikdə keçirin ki, bir-birinizi daha yaxşı anlayasınız. Enerji səviyyəniz yüksək olacaq.
 

Xərçəng - Ambisiyalarınız bundan sonrakı fəaliyyətiniz üçün yaxşı motivasiya ola bilər. Mövqelərinizdən geri çəkilməyin. Mühüm danışıqlar və önəmli müzakirələr aparmaq olar. Təcili qərar qəbul etmək gərəkdirsə, vəziyyəti yaxşı dəyərləndirin.

Günün ikinci yarısında sizə qarşı məkrli planlar quran adamı intuitiv olaraq müəyyənləşdirin.

Şirnikləndirici təkliflərə inanmayın. Yaxınlarınızın maliyyə yardımına ehtiyacları var ki, bu da sizin üçün əlavə xərclər deməkdir.

Axşam saatlarına yaxın özünüzü pis hiss etməyəcəksiniz. Başağrısı və yuxusuzluğa yol verməmək üçün gəzintiyə çıxın.

Şir - Bu günlə bağlı həddən artıq ambisioz və böyük planlar qurmayın. Belə layihələrin miqyası kiçik olmasa, onları reallaşdırmaq çətinləşəcək. Gecikmələr, təxirəsalmalar, kazuslar istisna deyil.

Eyni vaxtda bir neçə işlə məşğul olmağa can atmayın.

Günün ikinci yarısında maliyyə məsələlərində çətinliklər yarana bilər. Yaxınlarınız, qohumlarınız və ya dostlarınızdan biri ilə bağlı gözlənilməz xəbər alınacaq. Həmin məlumat fəaliyyət prosesinə təsir etməsin.

Axşam saatlarını rahat, sakit ortamda keçirin.

Qız - Heç bir səbəb olmadan təlaşa qapılmayın, nigaran qalmayın. İndiyədək sakit, indifferet yanaşdığınız məsələlərdən biri bu gün sizdə qeyri-adekvat reaksiyaya səbəb olmamalıdır. Əsəbləşməyin. Emosiyalarınıza hakim olun.

Günün ikinci yarısında yeni işə, sifarişin icrasına və ya layihəyə başlamaq olar. Şəxsi münasibətlərdəki problemlər yaxınlarınızla təmaslarınıza mənfi təsir etməməlidir. Maraqlarınızı kimsənin mənafelərinə qurban verməyin.

Qohumları narazı salmayın.

Tərəzi - Perfeksionist olmayın. Müəyyənləşdirdiyiniz standartlara cavab verməyən nə isə varsa, sizi ruhdan salmamalıdır. Ətrafınızdakı insanları unikallığınız, qeyri-ordinar olmağınızla heyrətləndirməyə çalışmayın. Ola bilər ki, məqsədinizə çatasınız. Amma bu, çox baha başa gələcək.

Şəxsi həyatınızda ideal münasibətlərə can atırsınızsa, yanıla bilərsiniz. Pərişanlığa səbəb ola biləcək qərarlar verməyin. Sevdiyiniz insanı "islah" etməyə, dəyişməyə can atmayın.

Belə cəhdlər ciddi qıcıq yarada bilər.

Əqrəb - Zəhmətkeş fəaliyyət və inad yaxşı nəticələr verəcək. Bədxərclik etməyin, pulunuzun qədrini bilin. Sayıq davranın. Əks təqdirdə vicdansız, ləyaqətsiz insanın məkrinin qurbanı ola bilərsiniz.

Günün ikinci yarısında şəxsi həyatınız ciddi dəyişiklik tələb edir. Yeniliklərdən çəkinməyin. Məsuliyyət və mənfi emosiyalar yükünü bir qədər azaldın. Mənasız, absurd təsiri bağışlayan əlaqəni kəsin, boş təmasları dayandırın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan - Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli zamandır. Yardım istəyən insana kömək edin. Ədalətli olun, münasibətləri kobudluq və qabalıqla korlamayın. Yaşama sevinin. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Sevdiyiniz insanla mübahisələrdə emosional olmayın, güzəştə getməyi bacarın.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla, dostlarla keçirin.

Oğlaq - İşlərinizdə qəfil, spontan irəliləmələr ola bilər. Uğurlar istisna deyi. Özünüzə qarşı ifrat tələblər irəli sürməyin. Yaxın ətrafınızdakı insanların maraqlarını və mənafelərini nəzərə alın. Karyeranızın, işlərinizin asılı olduğu insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında şəxsi həyatınızda dəyişikliklər olacaq. Görüşməyi arzuladığınız insanla qarşılaşa bilərsiniz. Axşam saatlarını normal istirahətə həsr edin.

Axşam saatlarını yaxınlarınızla keçirin.

Dolça - Ən müxtəlif işləri başa vurmaq üçün pis gün deyil. Zəhmətkeş olun, yaxşı işləyin. Ətrafınızda baş verənləri müşahidə edin. Heç bir məsləhət və ya göstəriş sizi yolunuzdan döndərməməlidir.

Yarımçıq işləri başa vurun. Tələskənlik edərək ümumi vurnuxmanın bir hissəsinə çevrilməyin.

Günün ikinci yarısında şəxsi həyatda harmoniya olacaq. Münasibətləri yaxşılaşdırmaq üçün yetərincə imkanlar var. Vəziyyətin potensialından maksimum istifadə edin. Yaxınlarınızdan və ya qohumlarınızdan biri ilə münasibətlərdə gərginlik yaranarsa, münaqişəni həll etməyə çalışın.

Axşam saatlarına yaxın enerji potensialınız yüksək səviyyədə olacaq.

Balıqlar - Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın.

Şanslarınızı əldən verməyin. Situasiyadan faydalanın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüst seçim etdiyinizə əmin olun.
milli.az

DİGƏR XƏBƏRLƏR


---