Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq
Qoç - bəzi planlarınız həyata keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə.

Buğa - orijinal ideyalarınız yaranacaq. Onları həyata keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.

Əkizlər - bu gün dünənkindən çox fərqlidir. Səhərdən axşama qədər uğur sizə yol yoldaşı olacaq. Nə qədər çox iş görsəniz, bir o qədər çox nailiyyətiniz olacaq. Yeni işlərə də başlaya bilərsiniz, çoxdan yarımçıq qoyduqlarınızı da bitirmək imkanınız var.

Xərçəng - ünsiyyət üçün əla gündür: dostlarınızı sevindirmək üçün imkanlardan yararlanacaq, sevgilinizə dayaq olacaqsınız. Valideyn Xərçənglər uşaqlarla yaxşı dil tapırlar, yaşlı nəslin nümayəndələri ilə də ciddi fikir ayrılığı yaşanmır. İstənilən ailə tədbirləri yaxşı keçəcək.

Şir -  xırdalıqlara qarşı çox diqqətlisiniz, hətta ifrat dərəcədə diqqətli: yerində olmayan bir boşqab belə sizi özünüzdən çıxara bilər. Yəni fikirləşirsiniz ki, bu minvalla ətrafdakılarla ünsiyyətinizi yaxşı adlandırmaq olar?

Qız - hərdən özünüz də başa düşürsünüz ki, həddi aşırsınız, amma təəssüf ki, bu hiss sizdə çox gec yaranır - dava başlanandan sonra. Axşam vəziyyət düzələcək: başınız maraqlı bir məsələnin həllinə qarışacaq. Bir qədər səbrli olsanız, uğur əldə edə bilərsiniz.

Tərəzi - xırda uğursuzluqlar, anlaşılmazlıqlar sizə maneələr yaradacaq. Gecikmələr sizi çox əsəbləşdirir, bəzən hirsinizi saxlaya bilmirsiniz və nəticədə çox rəğbət bəslədiyiniz insanları özünüzdən küsdürürsünüz. Bu günə vacib iş planlaşdırmısınızsa, onu təkbaşına görməyə çalışın, belədə, fikrinizi daha yaxşı cəmləyir və  lazımi nəticəni əldə edirsiniz.

Əqrəb - günün ilk yarısında fəal olun. Rəqibin sizi qabaqlamasına imkan verməyin. Günün ikinci yarısı kütləvi çıxışlar, təqdimatlar və konfranslar üçün daha münasibdir. Auditoriyanı gözəl hiss edir və onu bacarıqla idarə edirsiniz.
 
Oxatan - çox uğurlu gündür. Cazibədar və mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz istedadlısınız - əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil.
 
Oğlaq - problemlər sizi qorxutmasın. Bədbinliyə qapılmayın. Hətta ən çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz təslim olurlar.

Dolça - yaxşı, əlverişli gündür. Yarımçıq işləri tamamlaya biləcəksiniz. Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş təəssüratlara zəmanət verilir.  
 
Balıqlar - birmənalı gün deyil. Şərait sizinçün elə də yaxşı deyil, amma siz yeganə düzgün çıxış yolunu seçərək ona uyğun hərəkət edirsiniz. Bu səbəbdən maneələri dəf etməyi bacarırsınız. İstənilən sənədin hazırlanmasında, sərhəd keçərkən, valyuta dəyişdirərkən diqqətli və ehtiyatlı olun.
milli.az

OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...