Günün qoroskopu: kompromisslərə meylli olun

Günün qoroskopu: kompromisslərə meylli olun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
 

Qoç -  sizdən tələb olunan məsələ etibarlı müttəfiq seçməkdir. Bu yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz və fəaliyyətiniz yaxın ətrafınızda olan insanlarda ciddi maraq yaradacaq. Tənqidlərə əsla fikir verməyin, işinizlə məşğul olun.

Buğa - bilik, təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli gündür. Yaşam təcrübəsindən yararlana biləcəyiniz insanlarla tanış ola bilərsiniz. İşgüzar və şəxsi xarakterli görüşlər uğurlu nəticələr verəcək.

Əkizlər - nəyin bahasına olursu-olsun mövqeyini qorumağa çalışmayın. Belə olarsa, fərqli fikrə və mövqeyə malik insanlarla münasibətlərdə sərinlik yarana bilər. Kompromisslərə meylli olun. Təmaslardakı gərginliyi aşağı salın, ciddi mübahisələrin yaranmasına imkan verməyin.

Xərçəng - günün maliyyə fonu əlverişli deyil. Pulla bağlı əməliyyatlarda ehtiyatlı olun. Planlaşdırılmamış səfər və ya səyahət olar. Belə səfər çox vaxt alacaq, nəticəsi də uğurlu olmayacaq.

Şir - yaxın ətrafınızdakı insanlar götür-qoy və təhlil üçün çox vaxt olmadığını israrla təkrarlasalar da, yekun qərar qəbul etməyə tələsməyin. Bütün detalları və şərtləri nəzərdən keçirməmiş addım atmayın. Alış-verişdə bədxərclik etməyin.

Qız - yaxınlarınızla fikir ayrılığı yarana bilər. Güzəştə gedə bilsəniz, münaqişənin qarşısını ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Maraqlı tanışlıq ola bilər.

Tərəzi - yarımçıq işləri başa vurmaq və çoxdan bəri reallaşdırmağa çalışdığınız layihənin ilkin mərhələsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlar üçün də maraqlı ola biləcək məşğuliyyət tapa bilərsiniz.

Əqrəb - ənənəvi, rutin ev işləri və ailə qayğıları həmişəkindən fərqli olaraq, sizi darıxdırmayacaq. Usanmayın, tənbəllik etməyin, aktiv çalışın. Qəfil vizitlər ola bilər.

Oxatan - səfər və ya səyahəti təxirə salın. Vaxt və qüvvənizi hədər yerə sərf edəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatmayacaqsınız. Alış-veriş üçün pis gün deyil.

Oğlaq -  adi günlərdən fərqli olaraq daha emosionalsınız. İstənilən formada tənqidə və ya irada kəskin reaksiya verməyin. Sizi tənqid edən insanlardan uzaq dursanız, yaxşıdır. Çünki onlar əhvalınızı korlaya bilərlər.

Dolça -  Səfər, səyahət uğurlu alınacaq. Vaxtınızı mənasız işlərə səfr etməsəniz, rəqiblərinizlə müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz. Alış-verişdə bədxərclik etməyin. Səhhətinizdə problemlər yaranmayacaq.

Balıqlar - yeniliklər və dəyişikliklər üçün əlverişli gündür. Zərərli vərdişlərdən birini unudun, yaşam arealında dəyişikliklərə başlayın. Fəaliyyətinizin effektivlik səviyyəsini arıtrmağa çalışın.


OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...