Günün qoroskopu: düşməniniz öz bədbinliyiniz olacaq

Günün qoroskopu: düşməniniz öz bədbinliyiniz olacaq

Qoç - pis əhval-ruhiyyə daha çox enerjinizin azalması ilə izah oluna bilər, odur ki, vitamin, təzə şirələr, fiziki təmrinlərlə gümrah olmağa çalışın.

Buğa - günün birinci yarısı sizin düşməniniz öz bədbinliyiniz olacaq. Tez-tez özünüzə hər şeyin yaxşı olacağını deyin, o zaman, doğrudan da, belə olacaq.

Əkizlər - maliyyə vəziyyətiniz pisləşə bilər. Qəflətən böyük bir məbləği itirməli olacaqsınız. Səfərlər üçün münasib gün deyil, bunlar sizi yoracaq. Soyuqdan özünüzü gözləyin.

Xərçəng - ciddi problemlər yaranacaq və çox güman ki, onların səbəbkarı yaxınlarınızdan birinin hərəkəti olacaq. Mənfi emosiyaların öhdəsindən gəlmək elə də asan deyil, ancaq heç olmazsa, buna çalışın. Faktiki olaraq, əsl münaqişənin yaranıb-yaranmaması yalnız sizdən asılıdır.

Şir - yalnız çoxdan tanıdıqlarınız şəxslərlə ünsiyyət məsləhət görülür. Çünki yalnız bu halda qarşılıqlı anlaşmadan danışmaq olar. İnsanların çox olduqları yerlərə getmək məsləhət deyil, xoşagəlməz insidentlər yaşaya bilərsiniz.

 

Qız - məişət işləri ilə məşğul ola bilərsiniz, ailə üzvləriniz sizi işləməkdən üzülməyə qoymayacaq, köməyinizə gələrək qayğılarınızın bir hissəsini öz üzərlərinə götürəcəklər.

Tərəzi - illüziyalara qapılmayın, hərdəmxəyal insanlardan uzaq durun. Enerjiniz bir qədər azalıb, istirahətə ehtiyacınız var. Yatıb yuxunuzu almağa, özünüzü fiziki və əqli gücə salmamağa çalışın.

Əqrəb - dostlarınız və düşmənləriniz barədə artıq aydın təsəvvürləriniz var. Bir çox Əqrəblər son vaxtlar onların irəliyə doğru hərəkətini çətinləşdirən əlaqələri qıra biləcəklər.
 
Oxatan - vacib və lazımsız məsələləri bir-birindən ayırmaq sizin üçün asandır, intuisiyanıza güvənirsiniz, bu isə qarşınıza qoyduğunuz məqsədə çatmaqda işinizi asanlaşdırır.
 
Oğlaq - maraqlı və məhsuldar gündür və siz də bundan səmərəli istifadə edəcəksiniz. Qəti sıçrayış etmək, həyatda vacib dəyişikliklərə başlamaq üçün uğurlu an gəlib çatıb.

Dolça - romantik əhval-ruhiyyə yüksələcək. Sevgililərin ünsiyyəti üçün ideal vaxtdır. Bu vaxt şəxsi münasibətlərdə təşəbbüsü ələ almaq, hissləri etiraf etmək məsləhət görülür. Səmimilik həyatı tam müsbətə doğru dəyişməyə səbəb olacaq.
 
Balıqlar - gün əla başlanır və daha da yaxşı məcrada davam edir. Əvvəllər heç kimin güman etmədiyi hadisələr baş verir, bu səbəbdən məqsədə çatmaq üçün münasib şəraitdən maksimum yararlanmaq lazımdır. Maraqlı görüşlər gözlənilir, xüsusilə də günün birinci yarısında.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...