Günün qoroskopu: biri sizdən sui-istifadə etməyə can atır

Günün qoroskopu: biri sizdən sui-istifadə etməyə can atır
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
 

Qoç - birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq. Dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeniliyi əxz etməklə yanaşı, əvvəllər əldə etdiyiniz biliklərin bir qismini tətbiq etmək imkanları yaranır. Dostlar, həmkarlar və həmfikirlərə etibar etmək olar.

Əkizlər - müəyyən önəmli məsələnin həlli ilə bağlı məsuliyyət üzərinizə düşür. Həmin məsuliyyətdən yayınmayın.

Xərçəng - bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı vaxtdır. Parlaq, təkrarolunmaz insan olduğunuzu göstərin. Axşam saatlarında əylənin, günün stressini unutmağa çalışın.

Şir - yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin. Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun.

Qız - maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var.

Tərəzi - özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın. Evdə ailə üzvləri ilə dil tapmaq çətinləşir.

Əqrəb - istənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız.

Oxatan - sari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin.

Oğlaq - ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil.

Dolça - ekstravaqant təsir bağışlamağa can atmayın. Günün ikinci yarısında hüquqi məsələləri həll etmək, məhkəməyə şikayət etmək sərfəli deyil. Yaxınlarınızdan biri ilə əldə edilmiş razılığı unutmaq, birgə layihənin təfərrüatlarını yaddan çıxarmaq təhlükəsi var.

Balıqlar - önəmli sənədlər imzalamaq, uzunmüddətli anlaşmalara varmaq məsləhət deyil. İşgüzar təmaslarda həddən artıq diqqətli və sərvaxt olun. Mühüm danışıqlarla görüşlərdə səlis davranın, formal şərtlərə riayət edin.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...