Günün qoroskopu: Anlaşma zamanıdır

Günün qoroskopu:  Anlaşma zamanıdır
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları
"Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə

 mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara 

ciddi yanaşın. Borc vermək və ya borc almaq məsləhət deyil.

Buğa - Münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır.

 Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında 

seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. 

Lakin onlar asan olmayacaqlar.

Əkizlər - Kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən 

uğursuzluqları ürəyinizə salmayın. Güzəştə getməyə çalışsanız da, sizi başqalarının istəklərini 

anlamaq istəməyən eqoist hesab edirlər. Yaxın ətrafınızdakı insanlara yardım edəndə

 cavabında mükafat gözləməyin.

Xərçəng - "Sağ ol" eşitmək pis olmazdı. Günün ikinci yarısında yaradıcılıq potensialı

 yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin. Yeni maraq arayın. Həmfikirlə 

yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil.

Şir - Anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti

 üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil.

Qız - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz. 

Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin. Yaxın ətrafınızdakı 

insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda

 həssas olun, onlara yardım edin.

Tərəzi -  Tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan 

bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq 

üçün əlverişli gündür. Günün ikinci yarısında şəxsi münasibətlərdəki çətin situasiyanı 

müzakirə etmək üçün münbit zəmin yaranır.

Əqrəb - İstirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız 

olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın. Bu gün introvert əhvaldasınız. 

Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, 

yazışın.

Oxatan - Şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Problemləri aşkarlayaraq 

onları aradan qaldırmağın yollarını düşünün. Hisslərdə romantika qıtlığı var. Mühüm

 qərarların qəbulunda məntiqli davranın.

Oğlaq - Yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində

 olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay 

vəziyyətdə qoymasın. Ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün

 əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar.

Dolça - Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün 

yaxşı vaxtdır. Yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr 

romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar.

 
Balıqlar - Yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli 

zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı 

ola biləcək insanlarla ünsiyyətdə olun. Prioritetləri müəyyənləşdirin, yaxın perspektivdəki

 hadisələrin bəzilərini təxminləməyə çalışın. Resurslarınızı dəyərləndirin, onları 

artırmağın yollarını düşünün.


OXŞAR XƏBƏRLƏR