AdRiver
Günümüzün texnologiyası ilə yarışan keçmiş avtomobillər - İLGİNC FOTOLAR

Günümüzün texnologiyası ilə yarışan keçmiş avtomobillər - İLGİNC FOTOLAR

Gündəlik həyatımızın bir hissəsinə çevrilən avtomobillərin yaradılması fikri təxmin etdiyimizdən də daha əvvəllərə gedir.

Sfera.az xəbər verir ki, 1700-ci illərdə buxar enerjisinin istifadəsi ilə başlayan ilk testlərlə hərəkət edən təkərli nəqliyyat vasitələri yaradılıb. Sürətləri bu günümüzlə müqayisə edilə bilməyəcək qədər yavaş və yöndəmsiz olan bu maşınlar benzinin kəşfi və texnologiyanın inkişafı ilə sürətlə rekordları qırmağa başladı.

1. 1711-ci il istehsalı buxarlı maşın "Le Fardier de Cug”
 


Qabaq hissəsində yerləşən nəhəng buxar qazanı ilə günümüzün avtomobillərə bənzəməyən bu cihazın sürəti saatda 4km-ə çatırdı.

2. 1878 "Serpoletti”
 


Sürəti saatda 60 km-ə çatan bu 3 təkərli nəqliyyat vasitəsi at arabalarının dövrünün başa çatmasının ilk siqnallarından biri olub. Üstü açıq olan bu avtomobili saray əhlindən aristokratlara qədərə xeyli adam sifariş vermişdi.

3. 1886 "Benz”
 

1886 istehsalı "Benz” modeli daxiliyanma mühərrikini ilk istifadə edən və patentini alan avtomobildir.

4. 1903 "Mercedes 35 HP”
 

35 at gücünə malik nəqliyyat vasitəsi avtomobil inqilabının başlamasının nümunəsidir.

5. 1905 "Camille Jenatzy”


Bu eksperimental avtomobilin xüsusiyyəti elektriklə işləməsi idi. Maraqlıdır ki, o dövrdə yanacaq yandıraraq hərəkət edən avtomobillərin kölgəsində qalıb.

6. 126 "Bugatti”


Dövrünün superulduzu, hələ də kolleksiyaçıların ən çox dəyər verdiyi və axtardığı bu avtomobil dizaynı ilə gələcək nəsil avtomobillər üçün ilham mənbəyi olub.

7. 1929 "Peugeot”
 

"Bugatti”nin klassik və ağır görünüşünə qarşılıq olaraq fransızlar tərəfindən istehsal olunan sürətli və komfortlu ilk idman avtomobil dizaynlarından biridir.

8. "Chevrolet” 1954


Dövrünün musiqisi, sosial həyatı və davranışlarına təsir edəcək qədər vacib olan 1954-cü il model "Chevrolet” avtomobillərin sadəcə nəqliyyat vasitəsi olmadığını sübut edib. 

9.  "Ferrari” 250 T


İdman avtomobili deyəndə bir əfsanə olan bu model hələ də cazibəsini saxlayır.

10. "Volkswagen” 1970


Dövrümüzdə ən çox satın alınan və tərcih edilən avtomobillərin pioneri deyə biləcəyimiz bu avtomobili hələ də yollarda görmək mümkündür.
 
Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---