Güneyli yazıçı azadlıqdan məhrum edildi

Güneyli yazıçı azadlıqdan məhrum edildi

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, Ərdəbil İnqilab Məhkəməsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma ittihamlarla üzləşdiyi məlum olub.

Fəal irəli sürülən bütün ittihamları rədd edərək vurğulayıb ki, ETTELAAT İdarəsinin nəşrə hazır olan elmi əsərini müsadirə etməsinə haqq qazandırmaq üçün bu cür əsassız ittihamlar meydana çıxıb. O əlavə edib ki, bu kimi ittihamların əsas hədəfi Azərbaycanda gedən mədəni milli hərəkatı radikal göstərməkdir.

Qeyd olunur ki, Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.

Rəhim Qulami "Yaylıq” nəşr evi tərəfindən çap olunan "Folklorumuzdan bir yarpaq”, "Atalar sözü” və "Folklor nağılları” kitablarının müəllifidir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...