Hadİsə

“Günəşli” yatağında ölüm

“Günəşli” yatağında ölüm

İyulun 15-də saat 18:50 radələrində "Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilib və vəfat etdiyi müəyyənləşdirilib.

"Qafqazinfo” xəbər verir ki, ilkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

Hadisənin baş vermə səbəbləri "Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.


 

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031