Günəşi və küləyi pula çevirmək imkanları - Azərbaycan bu şansından niyə lazımınca yararlanmır?

Günəşi və küləyi pula çevirmək imkanları - Azərbaycan bu şansından niyə lazımınca yararlanmır?
"Azərbaycanda alternativ enerji mənbələrindən, yəni günəş və külək enerjisindən istifadə üçün şərait var, lakin bu istiqamətdə lazımı işlər görülmür".

Bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, il ərzində 300 gün günəş enerjisindən istifadə oluna biləcəyini deyib:

"Azərbaycan alternativ enerji mənbələrinin inkişafı üçün demək olar ki, ideal coğrafi şəraitə malikdir. Bu, həm günəş enerjisi həm də külək enerjisi nöqteyi-nəzərindən mümkündür. İlin təqribən 300 günü günəş enerjisindən istifadə etmək olar. Xəzər sahilində və dağ rayonlarında isə külək enerjisindən istifadə üçün münbit coğrafi şərait var. Lakin bizdə hələ də alternativ enerji mənbələrdən istifadə səviyyəsi aşağıdır. Son zamanlarda ilkin rəqəmlərdə artım müşahidə olunsa da, bu artım ciddi rol oynamır. Bu baxımdan günəş enerjisindən istifadənin artırılması istiqamətində hökumət tərəfindən addımlar atılmalıdır".

Ekspertin sözlərinə görə, alternativ enerji mənbələrinin inkiaşfı üçün vətəndaş-hökumət arasındakı əlaqələr üst səviyyədə qurulmalıdır:

"Əgər vətəndaş fərdi qaydada özünə lazım olandan çox enerji istehsal edirsə, bunun dövlətə satılması ilə bağlı qaydalar olmalıdır. Yəni, vətəndaşın da alternativ enerjiyə keçidə addımların atılması ilə bağlı maraqları olmalıdır. Beləliklə, hökumətlə vətəndaş arasında bu istiqamətdə normal əlaqələr qurularsa, Azərbaycanda alternativ enerjinin istifadəsi potensialı yüksələ bilər".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...