Günel Zeynalovadan şəxsi həyatı ilə bağlı AÇIQLAMA

Günel Zeynalovadan şəxsi həyatı ilə bağlı AÇIQLAMA
Müğənni Günel Zeynalova izləyicilərinin suallarını cavablayıb.

Sfera.az xəbər verir ki, o, sosial şəbəkə hesabında formada qalma sirrini bölüşüb.

"Ağ çörək yemirəm, səhər yeməyi yeyib, qəhvə içirəm. Kəpəkli çörək yeyirəm. Bol su içib, hər gün ayaqla gəzirəm və idman edirəm. Bu formada arıq qalıram, çünki az yeyirəm. Salat, toyuq və ət manqalda bişirib yeyə bilərsiniz. Bir də şokolad yeyirəm, ondan əl çəkə bilmirəm".

Sənətçi şəxsi həyatı ilə bağlı suallara da cavab verib.

O, "Azərbaycan, yoxsa türk oğlanı ilə ailə qurarsan?" sualına "Adam olsun və əsas odur ki, bir-birimizi başa düşə bilək. Bir də müsəlman olması vacibdir. Evlilik kriteriyam hörmətdir. Əgər qarşılıqlı hörmət varsa, evlilik uzun davam edəcək. Hər şeydən əvvəl dost olmaq lazımdır - deyə cavab verib. 

OXŞAR XƏBƏRLƏR