Gündə nə qədər sitrus meyvəsi yeyə bilərsiz? - Kimlər ehtiyatlıolmalıdır

Gündə nə qədər sitrus meyvəsi yeyə bilərsiz? - Kimlər ehtiyatlıolmalıdır

Yeni il öncəsi insanlar mandarin, kivi, banan, portağal kimi sitrus meyvələrini bol qəbul edir. Bu həm bayramla bağlı, həm də onlarda C vitamini olduğunu düşünüb orqanizmi gücləndirmək niyyətilə bağlıdır.

Sfera.az medicina.az-a istinadən bildirir ki, dietoloqlar gün ərzində sitrus meyvəsi normasını açıqlayıb.

Sağlam, böyük insan gündə cəmi 3 ədəd mandarin yeyə bilər. Əgər ürəyi çox istəyirsə, yalnız 5 saatdan sonra 1-2 ədəd də yemək olar.

Gün ərzində bir portağal kifayətdir.

Sitrus meyvələrinin özünü yemək şirəsini içməkdən daha uyğundur. Çünki yalnız meyvədə lazımi maddələr olur.

Azyaşlı uşaqlara isə 1 mandarin, 1-2 portağal dilimi normadır.

Mədə-bağırsaq selikli qişasında problem olanlar, allergiyalı insanlar, diabet xəstələri hər gün sitrus yeməməlidir. Onlarda norma 2 dəfə azdır.
Meyvələrin şirəsini içdikdə qana qlükoza az sıçrayır.

 

Sitrus meyvələri acqarına yemək olmaz.

Onlar yeməkdən yarım saat sonra yeyilməlidir.

Ekspertlər uşaqlarla daha ehtiyatlı olmağı tövsiyyə edir. Çünki sitrus meyvəsi yedikdə, şirəsini içdikdə toxluq hiss olunmur, qanda qlükoza kəskin artır, insulin yüksəlir, yarım saat sonra insan acıyır.

Bu da uşaqlarda maddələr mübadiləsi, insulin sintezini pozur.


OXŞAR XƏBƏRLƏR