“Günay Sığorta”da yeni təyinat
13:45 / 11.04.2019
3391
"Günay Sığorta” ASC-nin Daxili Audit Xidmətinə yeni rəhbər təyin edilib.
Bu, Rövşən Rasim oğlu Mustafayevdir.
Onun indiyə qədər digər sığorta şirkətlərində işlədiyi və yeni vəzifəsində ötən ilin iyun ayında "Günay Sığorta”nın İdarə Heyətinin sədr müavini təyin olunmuş İlkin Şahin oğlu Mirzəyevi əvəz etdiyi bildirilir.
Report.az