“Günay Sığorta”-nın yeni satış ofisi açıldı

“Günay Sığorta”-nın yeni satış ofisi açıldı
"Günay Sığorta”ASC müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə Quba şəhərində yeni satış ofisinimüştərilərin xidmətinə verdi. Quba satış ofisi Heydər Əliyev prospekti 2/3B ünvanında yerləşir vəhəftə içi hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Satış ofisi fiziki və hüquqi şəxslərə sığorta xidmətlərini təklif edir. 

Şimal regionun rəhbəri sığorta sahəsində geniş təcrübəyə malik Əmrulla Xankişiyev açılış mərasimində bildirib ki, "Yeni satış ofisimizdə sığorta məhsulları təqdim etməkdən və əhalidə yaranan sığorta ilə bağlı sualları cavablandırmaqdan məmnunluq duyarıq.Satış ofisimiz Şimal regionu üzrə müştəri xidmətləri keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.” Açılış mərasimində region rəhbəri tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunmuşdur.

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 26 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...