Maqazİn

Günay da “Ata ocağı”ndan getdi

Günay da “Ata ocağı”ndan getdi

Aktrisa Günay Pirizadə  "Ata ocağı” serialından gedib. 

"Yeni Sabah" xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə də yazıb. 

O, bildirib ki, ekran işində  hekayəsi bitdiyi üçün serialdan uzaqlaşıb: "Əzizlərim, hekayəm bitdiyinə görə "Ata Ocağı" serialından ayrılıram. Çox xoşbəxtəm ki, ilk uğurlu işimi belə reytinqli və uğurlu serialda etdim. Uğur qazanmaq asandır, dost-ailə qazanmaq çətindir. Bu bir il ərzində ailə olmağı bacardıq və çox gözəl dostlar qazandım. Çox sağ ol, "Ata Ocağı". Serialın komandasına və bizə diqqət göstərib sevən bütün dəyərli tamaşaçılara sonsuz təşəkkür edirəm. Yeni uğurlarda və layihələrdə görüşənə qədər”.

Qeyd edək ki, G. Pirizadə ekran işində Bahar obrazını canlandırırdı.  Günaydan başqa Rüfət Nəzər və Zülfiyyə Məmmədova da serialın yeni mövsümündə olmayacaq. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930