Günay Bank fiziki şəxslərin kompensasiyalarını tam təmin etdi

Günay Bank fiziki şəxslərin kompensasiyalarını tam təmin etdi


 

Günay Bank Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədarbank üzrə aidiyyəti şəxslərin kompensasiya tələblərini tamlıqla icra etmişdir.

Milyonların sevincinə səbəb olan bu addıma təkan olaraq, Bank müştəri məmnuniyyəti prinsipinə önəm verərək, kompensasiya təmin olunmalı vətəndaşların qəbulu, onlara düşən vəsaitlərin alınması işindəki təşkilatçılığa xüsusi önəm vermiş və məsələnin tez, həmçinin rahat həlli üçün müvafiq tədbirlər görmüşdür.

Günay Bank cənab Prezident İlham Əliyevin xalqımızın rifahı naminə imzaladığı diqqət və qayğı dolu fərmanların icra olunması işində öz öhdəsinə düşən vəzifələri yüksək həvəs və qürur hissi ilə həyata keçirəcək və bu istiqaməti daim fəaliyyətində rəhbər tutacaqdır.


OXŞAR XƏBƏRLƏR