Günay Bank “Dövriyyə çox, komissiya yox” layihəsinə start verdi
12:25 / 17.02.2020
1781
"Günay Bank” ASC 12 fevral 2020-ci il tarixindən etibarən Bankın POS-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat edib.
Bankdan Sfera.az-a daxil olmuş məlumata görə, artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.
Belə ki, aylıq 1000 manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaqdır.
"Günay Bank” ASC 1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədir.