Gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açıldı

Gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açıldı
 

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər”lə açılıb.

 

Sfera.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR