İdman

Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək

Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək
Sərbəst güləş yığmamızın üzvü Nurməhəmməd Hacıyev (-97 kq) II Avropa Oyunlarında finala çıxmayacaq.

Sfera.az xəbər verir ki, dünən keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Avropa Oyunlarının finalına vəsiqə qazanmış dağıstanlı legionerimiz yarımfinalda dizindən zədə alıb.

Onun aldığı zədə bu gün özünü daha şiddətli büruzə verib. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev bu gün Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq.

Qeyd edək ki, bu Azərbaycanın beşinci gümüş medalıdır. Azərbaycan bir qızıl, beş gümüş və doqquz bürünc medalla 17-ci pilləyə qalxıb. (oxu.az)

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930