Güləş Federasiyasında dələduzluq iddiası: Məşqçilər prokurorluğa müraciət edib

Güləş Federasiyasında dələduzluq iddiası: Məşqçilər prokurorluğa müraciət edib
Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb. Sfera.az  ONA-ya istinadən xəbər verir ki, Manolov müraciətində Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərov tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir: "2014-cü ilin mayın 1-dən sərbəst güləş üzrə qadınlardan ibarət yığmanın məşqçi təyin olunmuşam və oktyabradək 5 ay müddətində məşqçi kimi işləmişəm. Qızım Elis Manolova 2014-cü ildən güləş üzrə Bolqarıstan yığma komandasından Azərbaycanın yığma komandasına transfer olunub və Azərbaycanın bayrağı altında çıxış edib.

Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, həmçinin qızımın karyerasına görə 5 ay müddətində onun qoymuş olduğu qayda ilə işlədim. Sonuncu dəfə mən pulu verəndə ona etirazımı bildirdim və dedim ki, gələn aydan pulu ödəməyəcəyəm. Belə olan halda, 2014-cü ilin oktyabr ayında o, məni məşqçi kimi işdən azad etdi və ultimatum verdi ki, mən Azərbaycanı tərk etməliyəm, əks təqdirdə mənə problemlər yaradacaq. Buna görə də mən Bolqarıstana qayıtmağa məcbur oldum”.

Mütəxəssis həmçinin iddia edir ki, bundan başqa, Əjdər Cəfərov Elis Manalovanın əldə etdiyi nailiyyətlərlə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan pul mükafatını da mənimsəyib. 

Atanasovun imzaladığı müraciətdə isə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edib: "Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub. Bundan başqa, Əjdər Cəfərov 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarının qalibi olan tələbəm Anjela Doroqana da ödənilməli olan mükafatın 60.000 ABŞ dollarını alıb”.

Hər iki məşqçi müraciətlərinin sonunda Əjdər Cəfərovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini və onun tərəfindən mənimsənilən pullarının qaytarılmasını xahiş edib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...