Gülçülüyün inkişafı üçün hansı addımlar atılmalıdır?- Ekspert rəyi

Gülçülüyün inkişafı üçün hansı addımlar atılmalıdır?- Ekspert rəyi

"Gülçülük təsərrüfatı ilə məşğul olanlara müstəqil fəaliyyət üçün imkanlar yaradılmalı, dövlət dəstəyi göstərilməlidir”


Sfera.az-a açıqlamasında bu sözləri vaxtilə bütün sovetlər birliyini güllə təmin edən Azərbaycanın indi həmin məhsulu əsasən idxal etməsinə münasibət bildirərkən Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyib:


"Bunun üçün gülçülüyün inkişafına dövlət dəstəyinin olması yetərlidir ki, Azərbaycan nəinki daxili tələbatı, hətta xarici bazarları təmin edəcək səviyyədə gül yetişdirsin. Sovet dönəmində Azərbaycanda gülçülük inkişaf etmiş sahələrdən biri idi. Azərbaycan keçmiş ittifaqın əksər respublikalarına böyük miqdarda gül göndərirdi. Hətta deyərdim ki, başlıca təminatçı idi. Amma sonrakı dövrdə Azərbaycanda bu sahə tənəzzülə uğradı. Gülün yetişdirilməsi üçün istixana, istilik olmalı idi. O dövrdə Azərbaycanda təbii qaz problemi yaşandı. Beləcə biz İttifaq ölkələrində olan bazarımızı itirməyə başladıq. Çox sayda istixana həmin ərəfədə fəaliyyətsiz vəziyyətə düşdü. Amma son zamanlar bu sahədə müəyyən qədər canlanma müşahidə olunur. Bununla belə biz hələ də gülün çox hissəsini idxal edirik. Halbuki idxal etdiyimiz gülləri ölkəmizdə yetişdirmək potensialımız var.

 

Bunun üçün gül yetişdirənləri yerlə təmin etmək, yaxud yeri və bu sahədə təcrübəsi olanlara dövlət tərəfindən dəstək göstərilməlidir. Bu sahə ilə məşğul olanları ucuz enerji ilə təmin etməklə, keyfiyyətli gül toxumlarının verilməsi, şəffaf polietilenlərlə təminatı, uzunmüddətli güzəştli kreditlərin verilməsi, xarici bazarlara çıxmalarına yardımın göstərilməsi ilə həm gülə daxili bazarda olan tələbatı ödəyə bilərik, həm də artıq qalan məhsulu xarici bazarlara çıxara bilərik. Ona görə də gülçülərə müstəqil fəaliyyət üçün imkanlar yaradılmalı, dövlət dəstəyi göstərilməlidir. Bunlar həyata keçirələrsə, bu işdə həm ənənə, həm də təcrübəyə malik olduğumuzdan, həmin sahəni dirçəldərək yenidən gülçülük ölkəsi kimi şöhrət qazana bilərik. Çünki, sovet dövründə bu sahə elə inkişaf etmişdi ki, hətta Zaqatalada gül fabriki belə fəaliyyət göstərirdi. İndiki dövrdə yenə Zaqatalada həmin sahədə fəaliyyət var. Amma bütün bölgələrimizdə bu sahənin inkişafı regionlarda işsizlik probleminin də qarşısını almış olar. Gülçülük başlıca olaraq Abşeron yarımadasında inkişaf etsə də, respublikamızın əksər bölgələrində təbii şərait imkan verir ki, gülçülüyü inkişaf etdirək”.

 

Adətən bayram günlərində gül və çiçəklərə olan tələbat dəfələrlə artır. Hər il olduğu kimi cari ilin 8 mart bayramı ərəfəsi də eyni vəziyyət yaranıb. Məhz ilin bu günündə gül satılan məkanlarda şıdırğı alver gedir. Hətta qiymətlər də günü-gündən yüksəlir. Bu gün sadə bir gül dəstəsinin qiyməti 20-25 manat arasında dəyişir. Amma maraqlı vəziyyət odur ki, bir vaxtlar bütün sovetlər ölkəsini gül və çiçəklə təmin edən Azərbaycan indi özü bu məhsullara möhtacdır, onu əsasən xaricdən idxal edir. Halbuki bunun üçün ölkəmizdə əlverişli iqlim şəraiti, böyük potensial vardır.

 

ELÇİN

 


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...