Güclü yağışlar 26 nəfərin ölümünə səbəb olub

Güclü yağışlar 26 nəfərin ölümünə səbəb olub

Hindistanın biznes-maliyyə paytaxtı hesab olunan Mumbayda iki gündür davam edən şiddətli yağışlar Kurar yaşayış məntəqəsində iri divarın təxminən 150 gecəqondunun üzərinə aşmasına səbəb olub. Nəticədə azı 16 nəfər ölüb.

Hindistan KİV-lərinə istinadla xəbər verir ki, iyulun 1-də gecə saatlarında baş verən hadisə nəticəsində 51 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Gecəqondu evlərdə yaşayanların dəqiq qeydiyyatı olmadığına görə dağıntılar altında hələ də kimsənin qalması ehtimalı var. Hazırda ərazidə axtarış işləri aparılır.

Digər oxşar hadisə isə Maharaştra ştatının Mumbaydan sonra ikinci ən böyük şəhəri olan Punada baş verib. İnşaat ərazisində divarın fəhlələrin qaldığı müvəqqəti yataqxananın üzərinə aşması nəticəsində 6 nəfər ölüb.

Bundan başqa, son iki gündə ştatda 4 nəfər elektrik vurması nəticəsində həyatını itirib.

Şiddətli yağışlar Mumbayda nəqliyyatın fəaliyyətini də iflic edib. Belə ki, 50-dən çox uçuş təxirə salınıb. Daşqın sularının bir neçə dəmir yolu stansiyasını basması səbəbindən qatarların hərəkəti dayandırılıb.


OXŞAR XƏBƏRLƏR