Güclü külək fəsadlar törətdi - FOTOLAR

Güclü külək fəsadlar törətdi - FOTOLAR
Ağac "Vaz 2106” markalı avtomobilin üzərinə aşıb

Respublika ərazisində əsən küclü küləklər bir sıra fəsadlar törədib. Ucar rayonunun mərkəzində güclü külək ağacı aşırıb. Ağac yol kənarında park edilmiş "Vaz 2106” markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən avtomobildə heç kim olmayıb.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində havaların kəskin dəyişiləcəyini bildirib. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 


Bizimyol.info bəzi görüntüləri təqdim edir:

Teymur
Bizimyol.info

OXŞAR XƏBƏRLƏR