Güclü geomaqnit qasırğası başlayıb
14:50 / 27.02.2019
4169
Yer kürəsində güclü geomaqnit qasırğası başlayıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi martın 2-dək davam edəcək.
Mütəxəssislər bu qasırğanın insan səhhətinə mənfi təsir edəcəyini və xroniki xəstəliklərdən əziyyət çəkənlərin diqqətli olmasını tövsiyə edirlər. Yerə yaxınlaşan Günəş küləyi yuxusuzluq, ağır baş ağrısı, ürək-damar sistemində pozulmalar və tez-tez əhval-ruhiyyənin düşməsinə səbəb ola bilər.
Eyni zamanda, peyk rabitəsi və naviqasiya sistemlərində müəyyən texniki nasazlıqlar qeydə alına bilər.