Görmə məhdudiyyətlilər üçün yeni sayt yaradılıb

Görmə məhdudiyyətlilər üçün yeni sayt yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifarişi əsasında həmin kateqoriyadan olan uşaqlar üçün hazırlanmış "Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub. 

"Yeni Sabah” xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, bir sıra özəl şirkətlərin təmsilçiləri iştirak edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri də sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib. Bu kateqoriyadan olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının da prinsipləri nəzərə alınmaqla aparılan işlərin miqyası ildən-ilə genişlənir. Həmin işlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə qeyri-hökumət qurumları tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri də önəmli yer tutur. Belə layihələrdən biri kimi, "Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifariş əsasında "Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən "Danışan kitab” saytı və saytın mobil tətbiqi də hazırlanıb.

Nazir müavini qeyd edib ki, məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılmasıdır. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri komyuter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır. 

A.Kərimov Prezident İlham Əliyevin imzaladığı "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamından da bəhs edib. O bildirib ki, bu Sərəncam ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas qruplar üçün sosial xidmətlər sisteminin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə, onların ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir. 

Sonra yeni saytın və mobil tətbiqinin video təqdimatı olub.

Saytda görmə imkanları məhdud uşaqların ehtiyacları, mütaliə zövqü nəzərə alınmaqla, saytda Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlının, Əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə Mürvətovanın, "Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımovun ifasında səsləndirilərək təqdim edilir. Saytın xüsusi mobil tətbiqində sadə istifadə imkanı mövcuddur və bununla barabər, inklüzivlik nəzərə alınmaqla,  ölkəmizdə ilk dəfə olaraq səslə idarəetmə imkanı verən mobil tətbiq yaradılıb. Layihənin gələcəkdə icrası və daha da inkişaf etdirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...