Goranboyda “X5” aşdı: bir ölü, bir yaralı

Goranboyda “X5” aşdı: bir ölü, bir yaralı
 

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az oxu.az-a istinadla bildirir ki,  hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb.

 

İdarəetmədən çıxan "BMW X5” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR