Goranboyda “VAZ” 5 yaşlı uşağı öldürdü
22:15 / 31.01.2020
4834
Goranboy şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki. Daxili İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.