Goranboyda iki avtomobil toqquşub, yaralananlar var

Goranboyda iki avtomobil toqquşub, yaralananlar var
 

Goranboyda iki avtomobil toqquşub.

Sfera.az xəbər verir ki,  hadisə rayonun Qızılhacılı kəndində baş verib. Belə ki, "Lexus" markalı minik avtomobili "VAZ-2115” markalı maşınla toqquşub. Qəza nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinə baxış keçirilərək tibbi yardım göstərilib, durumu ciddi olan 1996-cı il təvəllüdlü Həsənov Famil Münasib oğlu isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma başlanılıb. (apa)


OXŞAR XƏBƏRLƏR