Goranboyda 21 yaşlı qız özünü körpüdən belə atdı - Video
21:45 / 03.05.2018
8633
Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.
Sfera.az APA-ya istinadən xəbərinə görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.
Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.
Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində baş verib.