Cəmİyyət

Goranboya yağan güclü yağış avtomobillərin hərəkətində problem yaradıb - FOTO

Goranboya yağan güclü yağış avtomobillərin hərəkətində problem yaradıb - FOTO
Goranboy rayonunda sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.

Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.
Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib.
 
Sfera.az

AdRiver

XƏBƏR LENTİ