“Google” şirkətinin işçiləri etiraz aksiyasına başlayıb
15:10 / 15.01.2019
2130
Dünyanın ən məşhur axtarış sistemi "Google” işçiləri bu gün sosial media vasitəsi ilə, həmçinin şirkət daxilində etiraz aksiyasına başlayıblar.
Sfera.az xəbər verir ki, aksiyaçıların əsas tələbi şirkətdə cinsi təcavüz və sui-istifadənin dayandırılmasını tələb edirlər.
Ötən ilin noyabr ayında da Google ofislərində minlərlə işçi şirkətin cinsi təcavüz və bərabərsizlik siyasətlərinə etiraz olaraq aksiya keçirtmişdi.
Şirkət işçiləri müqavilərəin yenilənmədiyini iddia edirlər. Həmçinin etirazçıların sözünüə görə müqavilələrdə bəzi maddələr işçilər arasında bərabərsizlik yaradır.