Texnologİya

“Google” “Facebook”a rəqib kimi yaratdığı servisini bağlayacaq

“Google” “Facebook”a rəqib kimi yaratdığı servisini bağlayacaq
"Google” "Facebook”a rəqib olması üçün yaratdığı "Google+” servisinin böyük hissəsini bağlamaq qərarı verib.

Sfera.az xəbər verir ki, şirkət qərarını "Google+”un nəzərdə tutulan istifadəçi hədəflərinə çatmaması ilə izah edib. "Google” bu yaxınlarda baş verən proqramlaşdırma xətası üzündən "Google+” servisinin istifadəçilərinin şəxsi məlumatlarının müdafiəsiz qaldığını bildirib. Rəsmi açıqlamaya görə, 500 min istifadəçinin məlumatları təhlükə altına düşüb.

"Wall Street Journal” "Google”un bundan hələ mart ayından xəbərdar olduğunu, lakin ictimaiyyətə açıqlamadığını yazıb.

"Google” istifadəçilərinin bir hissəsinin bu servisin xidmətindən istifadə edə bilmədiyini əsas gətirərək, "Google+”u bağlamağa qərar verib.
2011-ci ildə "Facebook”a rəqib kimi yaradılan "Google+” "Facebook”la müqayisədə uğursuz olmuşdu.

Servisin qapadılması ilə bağlı şayiələr bir neçə ildir səslənsə də, "Google” bunu edəcəyini indi açıqlayıb.

Bununla yanaşı "Google+”dan istifadə edən şirkətlərə məxsus "Google+” göstəriləcək.

"Google+”lə bağlı bu günədək informasiya paylaşmayan şirkət istifadəçilərinin bu platformadan çox az istifadə etdiyini, 90%-in burada sadəcə 5 saniyə vaxt keçirdiyini açıqlayıb.

Bu bəyanatdan sonra "Google”un üst şirkəti olan "Alphabet”in səhmləri 1,23% ucuzlaşıb.




 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031