GÜNDƏM: Azərbaycana gələn ərəb turistlərin ŞOK SAYI AÇIQLANDI

GÜNDƏM: Azərbaycana gələn ərəb turistlərin ŞOK SAYI AÇIQLANDI
Körfəz ölkələrindən hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir.

BiG.AZ xəbər verir ki, bu barədə "Falcon Travel" şirkətinin direktoru Pərviz Musayev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, "Azərbaycan Hava Yolları", "FlyDubai" və "Qatar Airways"la Bakıya olan gündəlik reysləri hesablasaq ölkəmiz hər gün 600-1000 arası ərəb turist qəbul edir. Gələn turistlərin ölkəmizdəki gündəlik xərcləri isə minimum 150-200 dollardan başlayır.

P.Musayevin sözlərinə görə ölkəmizdə olan ərəb turistləri vətənlərinə qayıtdıqdan sonra onlarla əlaqə qurulur və təəssüratları öyrənilir.

"Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycanda olmaqdan məmnunluqlarını bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəklərini söyləyirlər.

Azərbaycandakı münasib qiymətlər və otellərdəki xidmət səviyyəsi, o cümlədən də ölkəmizin təbiəti ərəb turistləri cəlb edir. Lakin, narazı olduqları xırda sahələr də var ki, bunlar da ünsiyyət problemi ilə bağlıdır. Taksi sürücüləri, mağazalarda satıcıların xarici dilləri, əsasən də ingilis dilini zəif bilmələri turistlərin istəklərini çatdırmalarında problem yaradır. Ölkədə beşulduzlu otellərin sayının artırılması da vacib məsələlərdən biridir.

Çünki, indiki vəziyyət onu göstərir ki, gələn il Azərbaycana səfər edən ərəb turistlərin sayı bu ilkindən daha çox olacaq", - deyə P.Musyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...