Gömrükdə vergidən yayınanlar kimdir? - Siyahı
Dövlət Gömrük Komitəsi sahibkarların gömrük vergi və rüsumlarına cəlb olunmaqdan yayınması barədə açıqlama yayıb.
Komitədən "Qafqazinfo”ya daxil olan məlumata görə, son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Bildirilib ki, ümumilikdə 80043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərilib.
Gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.
Komitənin yaydığı vergidən yayınanların siyahısını təqdim edirik:
|
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı |
Invoysda göstərilən qiymət |
Real qiymət |
Fərq |
1 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
13046,63 avro |
18543,63 avro |
5497 avro |
2 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
16013,72 |
22627,77 avro |
6614,05 avro |
3 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
14840,21 avro |
20991,88 avro |
6151,67 avro |
4 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
12230,60 avro |
18628,08 avro |
6397,48 |
5 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
13117,94 avro |
21117,94 avro |
9000 avro |
6 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
14545,14 avro |
33400,32 avro |
18855 avro |
7 |
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
8604 avro |
12604,61 avro |
4000,61 avro |
8
|
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ |
12645,70 avro |
15645,70 avro |
3000 avro |
9 |
"ABA Trading”
|
5230,56 avro |
25757,81 avro |
20527,25 avro |