Gömrükçülərin vətəndaşa zülm verdiyi barədə iddiaya - RƏSMİ CAVAB

Gömrükçülərin vətəndaşa zülm verdiyi barədə iddiaya - RƏSMİ CAVAB
Dövlət Gömrük Komitəsi, gömrükçülər "Cinema Plus”un müavininə zülm verdiyi barədə iddiaya cavab verib.

Komitədən verilən açıqlamada deyilir:
 
-Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan gömrükçülərin vətəndaşlarla kobud davranmaları, qanunsuz şəkildə yoxlama aparmaları barədə həqiqətə uyğun olmayan qərəzli məlumatlar yayılıb.
 
Belə ki, məlumatda Misirdən Azərbaycan Respublikasına gələn Cəfər Axundzadə adlı şəxsin Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən qanunsuz yoxlamalara məruz qalması, yaxınları və ailə üzvlərinə kobud davranılması iddia edilir.
 
Dövlət Gömrük Komitəsi bildirir ki, Cəfər Axundzadə ilə gömrükçülər arasında yaranan anlaşılmazlıq həmin şəxsin gömrükçülərin qanuni tələblərinə məhəl qoymayaraq vətəndaşlığını təsdiq edən sənədi təqdim etməməsi səbəbilə baş verib. Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasına daxil olan Cəfər Axundzadədən qanunvericiliyə uyğun olaraq vətəndaşlıq pasportu tələb olunduqda o dövlət məmurunun qanuni tələbinə məhəl qoymayaraq sənədi təqdim etməkdən imtina edib, üstəlik gömrükçüləri təhqir edərək onlara qarşı nalayiq ifadələr işlədib.
 
Məlumatda Cəfər Axundzadənin ziyalı şəxs olması, yanında azyaşlı övladı da daxil olmaqla yaxınları ilə birlikdə səyahət etməsi və bir neçə ölkənin gömrük və sərhəd buraxılış məntəqələrindən keçməsi səbəb kimi göstərilərək ölkə ərazisində təkrar gömrük nəzarətindən keçirilməsi qanunsuzluq, qismən də savadsızlıq və qərəz kimi təqdim edilir.
 
Xatırladaq ki, Azərbaycan Respublikasının gömrük qanunvericiliyi beynəlxalq standartlara tam cavab verir və ölkəmizdə həyata keçirilən gömrük nəzarət prosedurları ən müasir alət və metodlardan istifadə olunmaqla tətbiq olunur. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin beynəlxalq əhəmiyyətli digər hava limanlarındakı gömrük keçid məntəqələrində "Qırmızı Dəhliz" və "Yaşıl Dəhliz" buraxılış sistemlərindən istifadə edilir. Ölkə ərazisinə daxi olan şəxs üzərində və əşyaları arasında gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmet olmadıqda "Yaşıl Dəhliz", əks halda isə "Qırmızı Dəhliz" buraxılış sistemindən istifadə edərək ölkənin gömrük sərhədini keçə bilər. Hansı buraxılış sistemindən istifadə etməsindən asılı olmayaraq gömrük keçid məntəqəsində xidmət aparan gömrük əməkdaşı gömrük nəzarətinin müəyyən formalarından azad edilmiş şəxslər istisna olmaqla mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq istənilən şəxsin üzərində və əşyalarında kinoloji xidmət itinin tətbiqi ilə dəyoxlama apara bilər. Həmin şəxsin ziyalı, səlis danışıq qabiliyyətinə malik olması, övladı və ailə üzvləri ilə birlikdə səyahət etməsi, bir neçə ölkənin gömrük buraxılış məntəqəsindən keçməsi ona gömrük orqanı əməkdaşının qanuni tələbinə məhəl qoymamaq, gömrük yoxlamasına mane olmaq haqqı vermir.
 
Cəfər Axundzadənin iddiaları və həmin iddiaları yayımlayan media qurumunun təhlillərində iddia olunananlara gəlincə isə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Cəfər Axundzadənin gömrük zonasına daxil olduğu vaxt onlarla şəxs "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadə edərək gömrük sərhədini keçib. Kinoloji itin tətbiqi zamanı azyaşlının burnundan qan açılaraq səhhətində problemlər yaranması barədə deyilənlər də həqiqətə uyğun deyil. Bunu azyaşlı qızın kinoloji xidmət itinə yanaşmasını əks etdirən videotəsvirlərdən də aydın görmək olar.
 
Əldə olunan video təsvirlərdə isə Cəfər Axundzadənin vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarını təhqir etməsi, onlara qarşı nalayiq ifadələr işlətməsi aydın şəkildə öz əksini tapıb. Maraqlı məqamlardan biri də odur ki, daxili işlər orqanları nümayəndələrinin iştirakı ilə aparılan izahat işləri zamanı Cəfər Axundzadə gömrükçülərə "səviyyəsiz" dediyini etiraf edib və bu ifadəni təhqir kimi qəbul etmədiyini bildirib. Hətta gömrük əməkdaşının "əl yükündə dərman vasitələrini təsvirləri görünür" deməsinə baxmayaraq vətəndaş yenə də əl yükündə yoxlama aparılmasına icazə verməyib. Onu da qeyd edək ki, strateji obyekt hesab olunduğundan mövcud qanunvericiliyə görə gömrük-keçid məntəqəsinin ərazisində yalnız xüsusi icazə əsasında çəkiliş aparmaq mümkündür ki, Cəfər Axundzadə və yaxınları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq buna da məhəl qoymayıblar. Üstəlik qeyd edilən videotəsvirlərin üzərində montaj işləri aparılaraq xüsusi səs effektlərinin əlavə edilməsi, bəzi kadrların təkrarlanması gömrük orqanı və onun əməkdaşlarının fəaliyyətinə qəsdən və bilərəkdən xələl gətirmək məqsədi daşıdığına dair şübhələr yaradır.
 
Təəssüf doğuran hallardan biri də ölkənin bir sıra media qurumları və həmin qurumların nümayəndələrinin sadalanan arqumentləri aydın gördükləri halda hansı səbəbdənsə qarşı tərəfin rəyini öyrənmədən və rəsmi açıqlama əldə etmək ehtiyacı duymadan bu məlumatı kütləvi şəkildə yaymasıdır.
 
Dövlət Gömrük Komitəsi bir daha ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları, gömrük sisteminə aid digər məsələlər barədə məlumatları rəsmi münasibət öyrənməklə yaymağı tövsiyə edir.


Sfera.az

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...