Gömrük Komitəsindən yumurta açıqlaması - “Xaricə 8,5 qəpiyə satırıq”

Gömrük Komitəsindən yumurta açıqlaması - “Xaricə 8,5 qəpiyə satırıq”
 Dövlət Gömrük Komitəsi Azərbaycandan xaricə ixrac olunan yumurtanın sayı və ixrac qiyməti barədə açıqlama verib.
 
Sfera.az-ın məlumatına görə, Komitənin mətbuat xidmətindən "Yeni Müsavat”a daxil olan açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində toyuq yumurtasının 0,1 sentə ixrac edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Belə ki, guya Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərə görə 2017-ci ilin 9 ayı ərzində 202 707 ABŞ dolları dəyərində 162 milyon ədəddən çox yumurta ixrac edilib və bəzi riyazi hesablamalar aparılaraq 10 ədəd yumurtanın 2 qəpikdən də az dəyərləndirildiyi, bununla da ixracı həyata keçirən sahibkarların vergidən yayınmağa çalışdığı iddia edilir”.
 
Dövlət Gömrük Komitəsi bildirir ki, yayımlanan rəqəmlər və bu rəqəmlərə söykənərək aparılan hesablamalar əsasında toyuq yumurtasının ixrac qiyməti barədə irəli sürülən iddialar həqiqətə uyğun deyil: "Komitə toyuq yumurtasının ixracı ilə bağlı ictimaiyyətə və mətbuata ümumiyyətlə hər hansı rəqəm açıqlamayıb və mənbəyi məlum olmayan bu rəqəmlər hər halda müəllifin təxəyyülünün məhsuludur”.
 
Toyuq yumurtasının ixracı ilə bağlı rəqəmlərə gəlincə isə Komitənin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycandan xarici ölkələrə 352 min 710 ABŞ dolları dəyərində 7 milyon 052 min 040 ədəd yumurta ixrac edilib ki, bu da yumurtaların bir ədədinin təqribən 8.5 qəpikdən ixrac olunduğu deməkdir. Qurum "arzulayanlara” ixrac edilən yumurtanın qiymətini müəyyənləşdirmək məqsədilə bu rəqəmlər əsasında hesablama aparmağı tövsiyə edir.
 
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 1 milyard 609,8 milyon ədəd yumurta istehsal olunub. Daha 46 milyon 132,9 min ədəd isə idxal olunub. İdxal əsasən Türkiyədən icra edilib. Digər tərəfdən, yerli yumurta istehsalçılarını stimullaşdırmaq məqsədilə ötən ilin oktyabrından Azərbaycana yumurta idxalına əlavə rüsum tətbiq olunub. Hər 1000 ədəd toyuq yumurtası üçün 100 dollar təşkil edən bu rüsum sayəsində kənardan idxal minimum səviyyəyə enib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...