Gömrük Komitəsindən böyük tenderləri udan 5 manatlıq şirkətlər... ŞOK- Siyahı

Gömrük Komitəsindən böyük tenderləri udan 5 manatlıq şirkətlər... ŞOK- Siyahı
Bakı Şəhər Baş Gömrük İdarəsinin 2019-cu ilin iyun ayının 3-də sifarişçisi olduğu 3 (üç) lot üzrə keçirilən tenderlərdə bir sıra şübhəli məqamlar ortaya çıxıb 
 

Sfera.az Arqument.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Gömrük İdarəsinin 2019-cu ilin iyun ayının 3-də sifarişçisi olduğu 3 (üç) lot üzrə tenderin ümumi məbləği 68959 (altmış səkkiz min doqquz yüz altmış doqquz) manat olub.

İdarənin "dəftərxana malları" lotu (35973 manat) üzrə sifarişçisi olduğu tenderin qalibi "Sapfira Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "İdarənin xərcləri" lotu üzrə keçirdiyi tenderin qalibi (24976 manat) "Kommunikasiya" MMC və "Digər kommunal xidmət haqqı" lotu üzrə tenderin (8010 manat) qalibi isə "Təmir-Servis" MMC olub.

Bakı Şəhər Baş Gömrük İdarəsinin 35973 manatlıq tenderinin qalibi olan "Sapfira Təchizat" MMC 2017-ci ilin aprel ayında təsis edilib.

Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbədə yerləşir.

Şirkətin qanuni təmsilçisi isə 1996-cı il təvəllüdlü Hümbətalıyev İlkin Bayram oğludur.

"Sapfira Təchizat" MMC-nin indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir. Həmçinin "Sapfira Təchizat" MMC-nin əlaqə telefonu, veb ünvanı da yoxdur.

Bakı Şəhər Baş Gömrük İdarəsinin "idarənin xərcləri" üzrə sifarişçisi olduğu 24976 manatlıq digər tenderinin qalibi isə "Kommunikasiya" MMC 2019-cu ilin yanvar ayının 18-də təsis edilib.

Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 10 saylı qəsəbədə yerləşir.

Şirkətin qanuni təmsilçisi 1990-cı il təvəllüdlü Quliyev Zaur Behbud oğludur.

"Kommunikasiya" MMC-nin də indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, mal-materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir. Həmçinin "Sapfira Təchizat" MMC-nin əlaqə telefonu, veb ünvanı da yoxdur.
Bakı Şəhər Baş Gömrük İdarəsinin 3-cü lotu - "digər kommunal xidmət haqqı" üzrə sifarişçi oldu tenderin qalibi "Təmir-Servis" MMC "Kommunikasıya" MMC ilə bir gündə - 2019-cu ilin yanvar ayının 18-də təsis edilib.

Məlumata görə, bu şirkətin də nizamnamə kapitalı 5 (beş) manat, hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 10 saylı qəsəbə, qanuni təmsilçisi isə 1990-cı il təvəllüdlü Quliyev Zaur Behbud oğludur.

"Təmir-Servis" MMC-nin də digər şirkətlər kimi indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, mal-materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə rəsmi sorğu göndərsək də, cavab verilməyib.



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...