“Gömrük Komitəsində tayfabazlıq kök atıb...” – Sabiq millət vəkili

“Gömrük Komitəsində tayfabazlıq kök atıb...” – Sabiq millət vəkili
 

""Öz”lərindən olmayanları, onların inhisarına keçməyənləri sıxışdırıb bazardan çıxarırlar”.

 
 

//cdn.yenicag.az/files/uploads/2018/05/nazim-300x200.jpg 300w, //cdn.yenicag.az/files/uploads/2018/05/nazim-120x80.jpg 120w, //cdn.yenicag.az/files/uploads/2018/05/nazim-460x306.jpg 460w, //cdn.yenicag.az/files/uploads/2018/05/nazim-640x426.jpg 640w, //cdn.yenicag.az/files/uploads/2018/05/nazim-560x373.jpg 560w" sizes="(max-width: 760px) 100vw, 760px" style="box-sizing: inherit; vertical-align: middle; border-width: 1px; border-style: solid; border-color: rgb(230, 230, 230); display: block; margin: 5px auto; max-width: 100%; height: auto; padding: 5px; width: 450px !important;" />

Yenicag.az xəbər verir ki, bu fikirləri son zamanlar Dövlət Gömrük Komitəsi əməkdaşlarının yol verdikləri qanunsuzluqlar nəticəsində vətəndaş narazılığının artmasına münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, Gömrük Komitəsinin fəaliyyətində şəffaflıq təmin edilməyincə, bu sahədə aparılan islahatların ciddi effekti olmayacaq: "Bir komitədə ki yerlibazlıq, tayfabazlıq əsas iş prinsipi kimi qəbul olunub, o qurumdan yaxşı nə gözləmək olar axı?

Təbii ki, belə şəraitdə qanunlara hər hansı hörmətdən söhbət gedə bilməz. Mətbuatda gömrük işçilərinin vətəndaşlara qarşı kobud münasibətinə dair dəfələrlə materiallar dərc edilib, inhisarçılığa rəvac verən halların və son zamanlar hətta açıq-aşkar "neomonopoliya” yaradılmasının şahidi oluruq. Gömrükdə "ikili standart” halları da necə deyərlər, öz yerindədi. Xaricdən ölkəyə mal gətirən iki müxtəlif şəxsə fərqli invoys qiymətləri tətbiq olunur.

Beləliklə də "öz”lərindən olmayanları, onların inhisarına keçməyənləri sıxışdırıb bazardan çıxarırlar.

Mən düşünürəm ki, Dövlət Gömrük Komitəsi, ümumiyyətlə, ləğv olunmalıdır. Biz burada Gürcüstan modelini əsas götürərək, həmin qurumu ləğv etməli, onu bir departament kimi Vergilər nazirliyinin tabeliyinə verməliyik. Çıxış yolu kimi bunu görürəm. Çünki bu Komitənin gəlirinin 60-70 faizini idxaldan əldə olunan Əlavə Dəyər Vergisi təşkil edir. Bu isə o deməkdir ki, toplanan həmin vəsait təkcə Dövlət Gömrük Komitəsinin deyil, həm də Vergilər Nazirliyinin fəaliyyətinin nəticəsidir”.

Firuz Asanov

www.yenicag.az


OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...