Girov məsələsində fundamental şərtlər dəyişməlidir - TƏKLİF
"Bu istiqamətdə fundamental şərtlər dəyişməyincə, banklarkreditə görə aldıqları girov obyektini aşağı qiymətləndirməkdə davam edəcək”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda bankların hələ də kredit verərkən girovu dəyərindən qat-qat aşağı qiymətləndirməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:
"Fikrimcə, bu problemin aradan qaldırılması üçün yeganə yol fundamental şətrtlərin dəyişdirilməsindən keçir. Burada hansısa bir inzibati metodlardan istifadə, baryerlərin tətbiqi bazara müdaxilə hesab olunur. Amma fundamental olaraq şərtlərin dəyişdirilməsi, bazarda rəqabətin artırılması üçün uyğun mühitin yaradılması, xarici maliyyə koorporasiyaları da daxil bazar iştirakçılarının sayının artırılması son nəticədə təklifi genişləndirəcək, rəqabəti dərinləşdirəcək. Bu fonda isə banklar özləri şərtləri yüngülləşdirmək məcburiyyətində qalacaqlar”.
R. Həsənovun fikrincə, banklarla müştəri arasında girovun qiymətləndirilməsi məsələsində problemin olmaması üçün müəyyən mexanizmlərdən istifadə olunsa dan həmin mexanizmlər yetərli deyil: "Bu mexanizmlərdən biri minimum hansı həmcdə kreditin təklif olunması məsələsidir. Bir sıra ölkələrdə praktikada bu variant özünü doğrultmayıb. Çünki həmin vəziyyətdə bank növbədi dövrdə əsaslandıra bilir ki, müştəri əslində daha aşağı kredit istəyib və bu kredit də verilib. Məhz bu səbəbdən çıxış yolu ancaq fundamental şərtlərin dəyişdirilməsidir”.
Qeyd edək ki, Azərbaycanda banklar kredit verərkən girov olaraq götürdükləri obyektləri hələ də düzgün qiymətləndirməkdən qaçırlar. Banklar bu zaman girov obyektini dəyərindən dəfələrlə aşağı qiymətdə qiymətləndirirlər. Bu isə əslində müştərinin hüquqlarının pozulması deməkdir.
Elçin