Gigiyena və Epidemiologiya Mərkəzindən yeni il hədiyyələri ilə bağlı xəbərdarlıq

Gigiyena və Epidemiologiya Mərkəzindən yeni il hədiyyələri ilə bağlı xəbərdarlıq
 
"Azərbaycanda Yeni il münasibətilə uşaqlar üçün satılan hədiyyələrin təhlükəsizliyi ilə bağlı məlumat verə bilmərik. Çünki Gigiyena və Epidemiologiya Mərkəzinin həmin məhsulları yoxlamağa icazəsi yoxdur".
Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, Yeni il hədiyyələrində yer alan məhsulların keyfiyyətinə onu istehsal edən müəssisə cavabdehdir: "Biz daha çox hədiyyələrin təhlükəsizliyinə nəzarət edirdik. Hazırda isə bu kimi məsələlərlə bağlı yalnız İqtisadiyyat Nazirliyinin razılığı əsasında yoxlamalar aparıla bilər. Ona görə də yoxlama aparılmadan həmin məhsullarla bağlı məlumat vermək mümkün deyil".
İ.Abdullayev deyib ki, il ərzində ərzaq məhsulları ilə bağlı müraciətlər olur: "Ancaq konkret faktlar olmadığından yoxlama apara bilməmişik. Bəzi hallarda isə İqtisadiyyat Nazirliyi məsləhət görmədiyindən yoxlamalar aparmamışıq".


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...