Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!

Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
 Əksər ölkələrdə uşaq əməyi qadağan olunub. Lakin bu vəziyyət bəzi müəssisə rəhbərlərinin "gənc mütəxəssisləri” işə cəlb etməyinə mane olmur.

Beynəlxalq Əmək Təşkilatının (International Labour Organisation) hesablamalarına görə, bu gün dünyada 260 milyon uşaq işləyir. Onlardan 170 milyonu geyim və parça istehsalı sahəsində çalışır. Bu məhsullar müxtəlif ölkələrin bazarlarındakı kiçik və böyük şirkətlərə göndərilir.

Uşaq əməyindən istifadə olunan fabriklərə dəfələrlə jurnalistlər daxil ola bilib.
Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, uşaqlar geyim istehsalının demək olar ki, bütün mərhələlərinə cəlb edilirlər: xammal yığımından tikiş maşınının arxasına keçməyə qədər.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
2011-ci ildə Özbəkistan "pambıq” qalmaqalının mərkəzində qalıb: aparıcı geyim brendləri pambıq yığımında uşaq əməyindən istifadə etdiyinə görə ölkəyə boykot elan edib. "Human Rights Watch” hüquq müdafiə təşkilatı isə rəqəmlərlə çıxış edib. Təşkilat ölkədə hər payız xammal yığımında məktəbəqədər yaş dövrün də daxil olmaqla 1,5-2 milyon uşağın çalışdığını açıqlayıb.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Pambıq və uşaqlarla bağlı qalmaqal o həddə böyüyüb ki, həmin il Paris moda həftəsinin təşkilatçıları hüquq mühafizəçilərinin təzyiqlərilə moda nümayişinə Özbəkistan prezidentinin qızı Gülnara Kərimovanın iştirakına imkan verməyiblər.

"Human Rights Watch”un mütəxəssisləri bu hadisəni "Uşaqları əməyə məcbur etmək çox da qlamur deyil” - kimi şərh ediblər.

Beynəlxalq Əmək Təşkilatının məlumatları göstərir ki, bu gün uşaq əməyindən istifadə edən ölkələr siyahısına Banqladeş, Misir, Tailand və Çin rəhbərlik edir.

Təkcə Banqladeşdə yetkinlik yaşına çatmayanları işə cəlb edən 7000 fabrik (əsasən kiçik müəssisələr) işləyir. Buradakı "heyət”in ortalama yaşı 10-14-dür.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Bu müəssisənin başlıca vəzifəsi cinslərə brendin adı olan yarlıqları tikməkdən ibarətdir.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Tam dolu olan iş qrafikinə görə uşaqların məktəbə getməyə vaxtı da olmur.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Buradakı vəziyyətlə tanış olan jurnalist əksər işçilərin elə fabrikdə yaşadığını deyib. İşdən sonra gedəcək yeri olmayanlar üçün burada yatmağa yer və "orijinal”duş da var.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Belə fabriklərdəki iş rejimi həddən artıq ağırdır. İlk növbədə, bu, təhlükəsizlik tədbirlərinin olmaması ilə əlaqədardır. Məhz bu səbəbdən belə müəssisələrdə tez-tez bədbəxt hadisələr baş verir.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Bu fabrikin işçiləri bir aylıq zəhmətləri qarşılığında 900 banqladeş takası (təxminən 10 manat) qazanırlar. Məlumata görə, burada maksimal əmək haqqı 1900 takadır (təxminən 25 manat).

Bu foto "The Sydney Morning Herald”ın əməkdaşı tərəfindən Kambocada tikiş fabrikinin yanında çəkilib. Şəkildəki 16 yaşlı dərzi Byen Daynadır.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Burada uşaqlar da daxil olmaqla təxminən 700 min kambocalı tikiş sahəsində çalışır. Belə işçilərin orta aylıq qazancı – həftədə 48 saat iş rejimində 128 dollardır.

Bu şəkillər isə "Blue Dragon Children`s Foundation” fondu tərəfindən Vyetnamdakı geyim istehsal edən fabriklərdən birində çəkilib.
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Geyindiyimiz paltarları kim və necə hazırlayır? - Ürəyi zəif olanlar baxmasın!
Şəklin keyfiyyətinin pis olmasına baxmayaraq, uşaq əməyindən istifadə edən Vyetnam fabrikindəki şəraitin Banqladeşdəkindən çox da fərqlənmədiyi aydın görünür. Fondun məlumatlarına əsasən, belə fabriklərdə əksər uşaqlar məcbur işləyir. Onlar ucqar kəndlərdən – sözün əsl mənasında valideynlərindən alınaraq bura gətirilirlər.

2012-ci ildə 2 yeniyetmə Vyetnamda yeraltı fabrikin üçüncü mərtəbəsindəki pəncərədən tullanıb kömək çağırıblar.

"Məni 11 uşaqla birlikdə kənddən avtobusda gətiriblər. Mənim valideynlərim pul qazanacağım üçün şad idilər. Fabrikdə biz artıq 2 ildir ki, çalışırıq. İşə səhər 6-da başlayıb gecəyarı bitirirdik. Buna görə bizə pul ödənilmirdi. Tikiş zamanı səhv edəndə bizi çubuqla döyürdülər”, -deyə oğlanlardan biri fondun əməkdaşına bildirib.

Aznews.az

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...