\"Gərginlik elə bir səviyyədədir ki, cəbhədə hər an ağır toqquşma ola bilər\"

\

Düşmən tərəfi cəbhədə təxribatlar törədir, ağır artileriyadan müdafiənin ön xəttindəki mövqelərimizi atəşə tutur. Dünən gecə düşmən qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub və Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində ermənilərin bir neçə canlı qüvvəsi məhv edilib.

Sfera.az xəbər verir ki, son günlər ermənilərin fəallaşması və cəbhədəki gərginlik barədə hərbi ekspert Üzeyir Cəfərov ölkə.az-a danışıb:

"Faktiki olaraq ermənilər Azərbaycandan ardıcıl ağır zərbələr aldı. Dünən ermənilərin 40 günə yaxın meyidini saxladığı Çingiz Qurbanova Azərbaycan prezidenti Milli Qəhrəman adı verdi. Yenə dünən axşam saatlarında ermənilərin lobbiçilik etdiyi Aleksandr Lapşin Bakıya gətirildi. Rusların o qədər də xoşlamadığı Ukrayna ilə Azərbaycan arasında hərbi əməkdaşlıq söhbətləri ortaya çıxdı. Ukraynanın Azərbaycandakı səfiri Aleksey Mişenko maraqlı bəyanatlar səsləndirdi. Bütün bunlar erməniləri özlərindən çıxardı.

Ermənistan onsuz da cəbhədə təxribatlara meyilli idi, bu gün isə xüsusi ilə cəbhədə vəziyyəti gərginləşdirməyə başladılar. Kimlərəsə qəribə görünə bilər, ancaq baş verənlər hamısı bir-biri ilə bağlıdır. Ola bilsin ki, yaxın saatlarda cəbhədə şiddətli döyüşlər başlasın.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Lapşinlə bağlı bəyanat verdi. O cümlədən, Ermənistan parlamentində Azərbaycan və Belarusiya ilə bağlı məsələ qaldırılıb. Bunlar hamısı bir-biri ilə bağlı məsələlərdir.

 

Azərbaycan ordusu ermənilərin açdığı atəşə adekvat cavab verib və ermənilər itkilərə məruz qaldıqlarını etiraf edirlər. Bundan sonra daha da ağır olacaq. Bunu Müdafiə nazirliyi, Azərbaycanın siyasi, hərbi rəhbərliyi bilir. Biz son dərəcə diqqətli, ehtiyatlı olmalıyıq.

İstənilən an cəbhədə toqquşma baş verə bilər. Bunun uzun müddətli və ya qısa müddətli olması barədə heç nə deyə bilmərəm. Amma gərginlik elə bir səviyyədədir ki, hər an cəbhədə ağır toqquşma ola bilər".



OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...