Generalın Milli Qəhrəman oğlu: 27 ildir onun yolunu gözləyirlər

Generalın Milli Qəhrəman oğlu: 27 ildir onun yolunu gözləyirlər
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərlinin doğum günüdür. Hikmət Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdu. 
1984-cü  ildə hərbi xidmətə çağırılıb və Gürcüstan Respublikasının Duşefi şəhərində hərbi kəşfiyyat məktəbinə göndərilib. 1986-cı  ildə ordudan tərxis olunub. DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və Azərbaycan Politexnik İnstitutuna qəbul olunub. Vətənpərvər oğul kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına biganə qalmayıb və Şıxov qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılıb. 199-cü  ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşüb. Umudlu, Xocalı yolu onun döyüş meydanına çevrilib. Umudlu kəndinin sakinlərini təhlükəsiz yerə apararkən yaralanıb.  Bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdıb.
 
Qarabağ qazisi, silahdaşı Xəlil Vəliyevin  dediklərindən:
 
"Hikmət Nəzərli Azərbaycanda Silahlı Qüvvələri təşkil edilməyə başladığı vaxtlarda onun sıralarına qoşulanlardan biri olub. O öz rahat, qayğısız, firəvan həyatını səngər mərhumiyyətləri ilə əvəz etmişdi. Həm də elə bir yerə göndərilmişdi ki, o, yaxşı bilirdi ki, oradan geri dönmək elə də asan məsələ deyil. Mən Hikmətlə Xocalıya gələndən sonra tanış oldum. Mən də Xocalı özünümüdafiə taborunda xidmət edirdim.  Komandir Aqil Quliyevin sağ əli olan Hikmət elə ilk gündən dəstəyə qorxmaz, vətənpərər döyüşçülərin cəlb olunmasına yaxından köməklik etdi. Onu yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, elə oğullara bizim çox ehtiyacımız var idi. Heyf, zalım fələk nələr etdi…. Xocalılar hansı zülmlərə qatlaşmadı ki….”
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni terroçuları 3366-cı motoatıcı alayın dəstəyi ilə Xocaılıya hücuma keçir. Hikmət döyüş yoldaşları  həm düşmənlə döyüşür, həm də əhalinin Xocalıdan çıxarılmasına yardımçı olurdu.  H.Nəzərli idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərib. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilib. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur. Ailəli idi. Bir övladı yadigar qalıb. 
Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
 



OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...