General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
Qondarma "dqr”in keçmiş müdafiə naziri, Azərbaycan ərazilərinin işğal olunmuş hissəsində "prezident” olmaq iddiasına düşən Samvel Babayanın Qarabağ konsepsiyası erməni siyasi dairələrində qalmaqala səbəb olub. Virtualaz.org xəbər verir ki, bundan əvvəl Samvel Babayan Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməli olduğunu bildirmişdi və bunu "münaqişənin yeganə mümkün həlli yolu” adlandırmışdı.

Bu təklif Ermənistanda və Dağlıq Qarabağda etirazla qarşılaşıb, radikal "Sasna Tsrer” partiyası (eyni adlı terrorçu qrupun bazasında formalaşıb) Samvel Babayanı "xəyanətdə” ittiham edib.

Belə reaksiyalardan sonra martın 21-də Samvelin ofisi geniş bəyanatla çıxış edərək onun fikirlərinin yanlış anlaşıldığını bildirib. Və keçmiş səhra komandirinin əslində nəyi təklif etdiyini izah edib. Bu təklifə əsasən Dağlıq Qarabağ ərazisi beynəlxalq ictimaiyyət, ilk növbədə hansısa beynəlxalq təşkilat tərəfindən münaqişə edən tərəflərin indiki hakimiyyətlərinin siyasi nəzarətindən çıxarılmalı və hansısa beynəlxalq strukturun yurdiksiyası altına verilməlidir.

Bəyanata əsasən Samvel Babayan heç vaxt Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməsini təklif etməyib, bunu bəzi politoloqlar belə interpretasiya ediblər.

Samvelin konsepsiyası Qarabağ nizamlanmasına dair Madrid prinsiplərini qəti rədd edir, erməni tərəfinin hansısa ərazi güzəştlərini müzakirə etməyi qəbuledilməz sayır. Xüsusən də Laçın və Kəlbəcərin qaytarılması məsələsini.

Amma "konsepsiyada” göstərilir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ Dağlıq Qarabağda mandat idarəetmə sisteminin yaradılmasına dair "çoxtərəfli və qapalı” razılaşma imzalamalıdır. Dağlıq Qarabağın yekun statusu isə bu razılaşmanın imzalanmasından sonra referendum yolu ilə müəyyən edilməlidir.

Samvelin "konsepsiyası” Dağlıq Qarabağda mandat idarəetməsinin yaradılmasının digər aspektlərini, o cümlədən qaçqın və köçkünlərin geri qayıtmasını da nəzərdə tutur. Aydındır ki, bu "konsepsiyanı” heç kim ciddi qəbul etməyəcək, amma Dağlıq Qarabağın Rusiyanın idarəçiliyinə verilməsi ideyasını bir neçə il əvvəl bədnam Zori Balayan da təklif etmişdi. Hətta bu barədə Putinə açıq məktub da yazmışdı.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...