Cəmİyyət

General Sadiq Abdıyev necə azadlıqda qalıb? - "Dərman mafiyası"nın işindəki generalların üzərindəki sirli əl...

General Sadiq Abdıyev necə azadlıqda qalıb? -
İşdən çıxarılan generalların həbs edilməməsi haqlı narazılıqlara səbəb olub. Çünki hazırda "Dərman mafiyası"nın işinə görə həbs edilən şəxslərə qarşı irəli sürülən bütün ittihamlar generalın əməllərinin nəticəsidir. 

Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır.

Onlar Türkiyə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (azadlıqdadır, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), həbsdə olan İdarənin rəis müavini Fərman Məmmədli, İdarənin digər əməkdaşları Vasif Xıdırov, Cəmil Mehtiyev, Əlamət Quliyev, "Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov və Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Elnur Məmmədovdur (azadlıqdadır, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib). 

Onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Həbs edilən gömrük əməkdaşlarının hamısı Gömrük Hospitalında çalışıblar. Bütün məhkəmə iclaslarında həm təqsirləndirilən şəxslər, həm də dindirilən şahidlər bildirirlər ki, bütün işləri birbaşa olaraq rəisləri general Fikrət Qədiməliyevin göstərişi ilə ediblər. Hətta general evdə olanda belə nəzarət kameraları vasitəsi ilə işçilərin hərəkətlərini də nəzarətdə saxlayırmış...

Hospital üçün xarici ölkələrdən avadanlıqların alınması, dərman vasitələrinin gətirilməsi, işçilərə maaşların verilməsi və digər işlər rəsmi sənədlərlə də təsdiq edilir ki, generalın imzası ilə həyata keçirilib. Ancaq general Qədiməliyev özünü təqsirli bilmir və məhkəmədə də ifadə verməkdən imtina edir.

Həbs edilən şəxslər isə narazılıq edirlər ki, bütün sübutlar və sənədlər işə Fikrət Qədiməliyevin rəhbərlik etdiyini göstərdiyi halda niyə o azadlıqdadır?

Qədiməliyevin ev dustaqlığında, işçilərinin isə həbs də olması təqsirləndirilən şəxslərin ailə üzvlərinin və vəkillərinin də narazılığına səbəb olub. Bu məsələ bir neçə dəfə məhkəmədə müzakirəyə çıxarılıb.

Bildirək ki, bu işdə daha bir generalın adı keçir. O, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Sadiq Abdiyevdir.

İttihamda göstərilir ki, Gömrük Hospitalına gətirilən avadanlıqlar, dərman vasitələri gömrükdə rəsmiləşdirilən zaman ya invoys dəyəri aşağı göstərilib, ya da ucuz dərmanlar adı ilə rəsmiləşdirilib. Həmçinin ittihamda o da göstərilir ki, təqsirləndirilən şəxslər ölkəyə satışı qadağan edilmiş dərmanları da gizli yolla gətiriblər.

Bütün bu cinayət işlərinin generallar Sadiq Abdiyev və Fikrət Qədiməliyevin rəhbərliyi ilə baş tutduğu da açıq aydındır. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini olmuş və hazırda həbsdə olan Fərman Məmmədli də bunu məhkəmədəki ifadəsində bildirdi. Fərman Məmmədli dedi ki, iki general bütün işlərə nəzarət etdiyi halda azadlıqdadır. Ancaq generalın tapşırıqlarını yetirən işçilər həbsdədir.

Məhkəmədə generalın niyə həbs edilməməsi ilə bağlı məsələlər müzakirə edilərkən bəlli oldu ki, general Sadiq Abdiyev barəsində də cinayət işi açılıb. Lakin "Dərman mafiyası"nın işindən ayrıca icraata verilib.

İki generalın azadlıqda olması cəmiyyətdə də böyük çaşqınlıqla qarşılanır. Çünki bütün rəsmi sənədlərdə iki generalın imzası var. Bütün işçilər göstərişləri generallardan aldığını deyir. Həmçinin təqsirləndirilən şəxslər deyir ki, iki general arasındakı telefon danışığı və yazışmalar da bütün faktları ortaya çıxarır. Lakin araşdırılmayıb. Ancaq bütün bunlara baxmayaraq illərlə dövlət büdcəsinin milyonlarını mənimsəyən generallar azadlıqdadır. 

Xatırladaq ki, rəsmi məlumatda bildirilir ki, həbs edilən şəxslər Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olublar.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil ediblər.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdıyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.musavat

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031