General oğlu yol polisinə «küçük» deyib işdən qovdurdu

General oğlu yol polisinə «küçük» deyib işdən qovdurdu

Nəcməddin Sadıqovun oğluna görə işdən qovulan polisdən şok açıqlamalar

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlunu qayda pozuntusuna görə saxladığı üçün işdən qovulan yol polisi Cavanşir Lətif oğlu Qasımov hadisə ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, o, aznews.az-a açıqlamasında hadisənin təfərrüatını danışıb: “Gecə təxminən 01:00 radələri olardı, Mərdəkan-Buzovna yolunda içkili sürücülərlə bağlı reyd aparırdıq. Gördük ki, bir maşın manevr qaydasını pozdu, üstəlik işıqlı yolda uzaqvuran işıqdan istifadə edir. Saxlayanda təhlükəsizlik kəmərini də taxmadığını gördüm. Özümü təqdim etdim. Elə sözümü bitirməmiş mənə dedi ki, “nə istəyirsən əəə, nə düşmüsüz yenə yollara?” İş başında olduğumu xatırlatdım və qayda pozan sürücünü saxlamağın vəzifə borcum olduğunu bildirdim. Dedi ki, kəmər taxmamışam, yaxşı eləmişəm, küçük. Mən də ağsaqqal adama qarşı nalayiq sözlər işlətməyin ayıb olduğunu bildirdim. Bundan sonra o, bir az da özündən çıxdı, düşdü maşından, təkrarən məni təhqir etməyə başladı, ailəmi, anamı, atamı söydü. Üstümə hücum çəkdi, hətta məni ölümlə hədələdi, dedi ki, maşınla üstündən keçərəm. Amma yanımdakılar araya girdi, imkan vermədilər... Sonra avtomobilinə minib, sürdü getdi”.

Sabahı günü işə gələn C.Qasımov Bakı şəhər Baş Polis İdarəsindən onu axtardıqlarını eşidib: “Sonra rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu? Dedim ki, o vətəndaşdır, qayda pozuntusuna yol verib, mən də borcumu yerinə yetirib saxlamışam. Mənim kimi dövlətə, dövlətçiliyə sadiq, işinə məsuliyyətli və vicdanlı polisi işdən çıxardılar. Məcburiyyət qarşısında qalıb təqaüdə çıxdım. Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup böyük vətən müharibəsi əlili. Mən nə edə bilərəm? Əlacım ona qaldı ki, ərizəmi yazıb təqaüdə çıxım”. 

Cavanşir Qasımov onu işdən çıxartıranın Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqov olduğunu bildirib. Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. O, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.

Qeyd edək ki, dünən xəbəri yayımlayandan sonra sonra DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov sözügedən polis əməkdaşının işdən çıxarıldığını təsdiqləmişdi. Amma o, C.Qasımovun general oğlunu saxladığı üçün deyil, işində nöqsanlara yol verdiyi və yaş həddini əsas gətirərək təqaüdə göndərildiyini bildirmişdi. 

Xatırladaq ki, oxşar hadisə Şamaxı rayonunda da baş verib. Məlumata görə, bu günlərdə Şamaxıya gedən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Komitə sədrini tanımayan polislər onunla kobud danışıb. Kərəm Həsənov yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Şamaxının yol polis rəisi Mübariz Fətəliyev işdən çıxarılıb, bir neçə əməkdaş isə cəzalandırılıb.


OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...