General: “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”

General: “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
Rusiyada "Kronştadt” adlı şirkət ölkədə zərbə pilotsuz təyyarələrinin istehsalı üzrə ixtisaslaşmış ilk zavodun tikintisinə başlayıb.
 
Sfera.az xəbər verir ki, zavod Moskva ətrafındakı Dubna şəhərində yerləşəcək, 4 milyard rubla başa gələcək və orada təxminən 1500 nəfər işləyəcək.

Bu şirkət "Orion” adlı zərbə pilotsuz təyyarələrini istehsal edir. Həmin pilotsuz təyyarələr bu yaxınlarda Suriyada ilk dəfə döyüş şəraitində sınaqdan keçirilib və Türkiyənin "Baykar” şirkətinin istehsal etdiyi "Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin analoqu hesab edilir.

Rusiya Hava Kosmik Qüvvələrinin MDB dövlətləri hava hücumundan birləşmiş müdafiə sistemi üzrə komandan müavini olmuş (2007-ci ilə qədər) general-leytenant Ayteç Bijev qeyd edib ki, zavodun tikintisini qoşunları pilotsuz təyyarələrlə təchiz etmək planlarına daxildir. Onun sözlərinə görə, "Orion” pilotsuz təyyarələri yüksək dəqiqlikli raketlərlə təchiz olunur, həm ərazinin kəşfiyyatı və müşahidəsi, həm müstəqil zərbə vahidi kimi tətbiq edilir.

General bu tip pilotsuz təyyarələrin Azərbaycanla Ermənistan arasındakı müharibə zamanı öz effektivliyini sübut etdiyini deyib. "Bəzi hallarda onlar Su-25 qırıcı-bombardmançılarından effektli işləyir. Burada uduş ondadır ki, onların (PUA-ların) dəyəri xeyli aşağıdır, effektivliyi isə bir sıra hallarda pilotlu aviasiyadan daha yüksəkdir. Ona görə də böyük perspektivləri var”,-Ayteç Bijev bildirib.

General hesab edir ki, "Orion”lar "Bayraktar”larrdan geri qalmır.

"Ölçüsü elə də böyük olmayan zərbə pilotsuz təyyarələrinin tətbiqi müharibənin gedişini ciddi dəyişdirə bilir. Azərbaycanla Ermənistan arasında münaqişə göstərdi ki, bu təhlükəli silahdır. Rəqibin hava hücumundan müdafiə sisteminin təsir zonasına daxil olarkən onlar aviasiyadan daha effektli işləyir”,-rusiyalı general deyib.

(Virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...