General: \"Aprel döyüşlərində olduğu kimi...\"

General: \

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, tədbirdə "Yüksək hərbi intizamın əldə olunmasında qarşıya çıxan problemlərin həlli yolları” mövzusunda çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışı ilə əlaqədar qeyd edib ki, ölkə başçısı ordu quruculuğu məsələlərinə toxunaraq torpaqlarımızın sülh yolu ilə düşməndən azad edilmədiyi təqdirdə ordumuzun mühüm döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib. Generalın sözlərinə görə ordumuz 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, yenə də düşmən üzərində qələbəmizi təmin etməyə qadirdir.

General-leytenant K.Vəliyev əmin olduğunu bildirib ki, seminara cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə danışaraq hərbi bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlar və bu sahədə şəxsi heyətlə iş üzrə zabit heyətinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Seminarda Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Rasim Kazımov, Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev və müxtəlif hərbi hissələrin zabitləri çıxış edərək hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən olduğunu qeyd edib, həmçinin mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...