General Akopyan Paşinyanı xəstə və cahil adlandırdı
18:37 / 14.04.2021
1805
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general-polkovnik Movses Akopyan baş nazir Nikol Paşinyanı xəstə və cahil adlandırıb.
Sfera.az xəbər bverir ki, bu barədə o, "news.am”a açıqlamasında bildirib.
"Xəstə və yalan danışmağa meyilli olan insanın fikirlərinə nə şərh verəsən? Mən hər psixin dediyinə münasibət bildirməliyəm? Onun dedikləri tamamilə yalandır, bundan başqa, o, cahildir, hərbi çağırışın və səfərbərliyin nə demək olduğunu anlamır. Düşünürəm ki, bu da xəstəliklə əlaqəlidir”, - Akopyan qeyd edib.