Gənclər və İdman Nazirliyi mükafatları təqdim etdi

Gənclər və İdman Nazirliyi  mükafatları təqdim etdi

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2016-cı ildə nailiyyət qazanan idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirilib ki, 2016-ci il Azərbaycan idmanı üçün uğurlu olub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan artıq idman ölkəsinə çevrilib. Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır, yeni-yeni uğurlar əldə olunub. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub.

İdmanın inkişafının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan A.Rəhimov deyib: "Carı ildə idmançılarımız 857 medal qazanıblar. Bunlardan 357-nin əyarı qızıldır. Atletlərimiz il ərzində 192 beynəlxalq yarışda mübarizə aparıblar. Azərbaycanda 52 beynəlxalq turnir keçirilib. İdmançılarımız "Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal qazanmaqla yanaşı, Avropa və dünya miqyaslı turnirlərdə də nailiyyətlər əldə edərək 2016-cı ili uğurla başa vurublar. Bu, Azərbaycan idmanının böyük uğurudur. Həmçinin cari ildə ölkəmizdə Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Gələn il yenidən dünyanın idman ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək. Paytaxtımız IV İslam Həmrəyliyi Oyunları və bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də 2016-cı ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını deyib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış etdiklərini diqqətə çatdırıb. "Biz 2016-cı ili yüksək uğurlarla başa vururuq. Bu il Olimpiya Oyunlarında 18 medal qazanan atletlərimiz tarixi nəticə göstərdilər. Gələn il də maksimum şəkildə yaxşı nəticə göstərməyə çalışacağıq. "Tokio-2020”də idmançılarımızdan böyük uğurlar gözləyirik”.

Sonra mükafatlandırma mərasimi olub.

Mərasimdə Azərbaycan Taekvando Federasiyası "İlin ən yaxşı federasiyası” nominasiyasında mükafata layiq görülüb. İdman yarışlarının yüksək səviyyədə təşkilinə görə isə "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti mükafatlandırılıb. "Qəbələ” atıcılıq idman klubu, futzal üzrə milli komandamız "İlin ən yaxşı komandası”, "Synergy Baku Cycling Procekt” "İlin ən yaxşı velosiped klubu”, Heydər Əliyev adına İdman Konsert Kompleksi isə "İlin ən yaxşı idman qurğusu” nominasiyalarında qalib elan olunub.

Rio Olimpiadasının qalibi Radik İsayev, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev "İlin ən yaxşı idmançısı” adına layiq görülüblər. Eyni zamanda, idman gimnastikası üzrə dünya kubokunun (paralel qollarda) qızıl mükafatçısı Oleq Stepko da fəxri diplomla mükafatlandırılıb.

Mərasimdə ilin ən yaxşı məşqçiləri və hakimləri də təltif edilib. Həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələrinə fəxri adlar verilib. Sonra digər nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib.


OXŞAR XƏBƏRLƏR

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib.    Sfera.az bildirir ki, Cennifer Lopez ailə f...

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...